“Ayaks” heyətini yeni qapıçı ilə gücləndirir. Amsterdamlılar axtardığını İspaniyada tapıb.
Futbolinfo.az xəbər verir ki, “Vilyarreal” Geronimo Rullini satmağa razılıq verib. 30 yaşlı argentinalı ilə müqavilə yaxın 24 saat ərzndə rəsmən açıqlanacaq. Keçidin maliyyə detalları açıqlanmır.
“Estudiantes” yetirməsi Avropada bir çox klublarda oynadıqdan sonra, 2020-ci ildə “Real Sosyedad”dan transfer olunmuşdu. Rulli burada ilk vaxtlar sabit oynasa da, əsas heyətdə yerini itirdikdən sonra özünə yeni iş yeri axtarmağı lazım bildi. Və indi onu “Ayaks”da yeni macəra gözləyir.