Səudiyyə Ərəbistanında oynanılacaq İspaniya Superkuboku matçlarının təqvimi bəlli olub. Bu barədə İspaniya Futbol Federasiyası rəsmi məlumat verib.

Futbolinfo.az xəbər verir ki, yeni formatla keçiriləcək yarışın yarımfinalında “Real” “Valensiya” ilə yanvarın 11-də üz-üzə gələcək. Ertəsi digər yarımfinal matçında “Barselona” və “Betis” qüvvəsini sınayacaq.

Qaliblər yanvarın 15-də Superkubokun sahibinin adına aydınlıq gətirəcək final matçına çıxacaq.

Shares: