Türkiyəli futbol hakimi Özgüç Türkalp karyerasını başa vurub. 49 yaşlı referi ciddi səhvi sübut edildikdən sonra bu addımı atıb.

Futbolinfo.az xəbər verir ki, Türkalp Türkiyə Super Liqasının XVI turunda keçirilən “Sivasspor” – “Qalatasaray” oyununda nəticəyə təsir edən səhvə yol verib. Hətta VAR yoxlanışından sonra da inadından dönməməsi ona karyerası bahasına başa gəlib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) İstanbul təmsilçisinin səfərdə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə ev sahiblərinin sayılmayan qolunun qaydalar çərçivəsində vurulduğunu etiraf edib.

Shares: