“Mançester Yunayted”in sabiq hücumçusu Luis Saha Markus Reşford barədə danışıb. O, gənc həmkarının daha yaxşı çıxış etmək imkanlarının olduğunu deyib.

Futbolinfo.az xəbər verir ki, Saha Reşforddan daha böyük məhsuldarlıq gözlədiyini söyləyib: “Markus bir mövsümdə 30-40 qol vura biləcək oyunçudur. Buna şübhəm yoxdur, o, hər şeyə qadirdir”.

Saha bunun üçün hücumçunun üzərinə böyük yük düşdüyünü deyib: “Amma bunun üçün özünə inanması lazımdır. Formada olsa və özünə şübhə etməsə, onu durdurmaq çox çətindir”.

Luis Reşfordu Ronaldo ilə müqayisə edib: “Kriştianu Ronaldodan sonra “Mançester Yunayted”də belə istedadlı birini görməmişəm. Lionel Messi və Ronaldonu digər futbolçulardan fərqləndirən gücə və özünəgüvənə Reşfordun da ehtiyacı var”.

Shares: