“Benfika”nın baş məşqçisi Rocer Şmidt “Çelsi”ni qınayıb. O, komandanın üzvü Entso Fernandeslə bağlı başverənlərə görə londonlulardan narazıdır.

Futbolinfo.az xəbər verir ki, “zadəganlar” argentinalı dünya çempionunu transfer etmək istəyir, lissabonlular isə onu azı yayadək heyətində saxlamaqda qərarlıdır. “Çelsi”nin oyunçuya hər gün yeni təklif göndərməsi, daha sərfəli təkliflərlə onu razı salmağa çalışması Şmidtin dilə gəlməsinə səbəb olub: “Bu, hamımıza qarşı hörmətsizlikdir. Onların etdiyini qəbul edə bilmərik. Entso istedadlı, möhtəşəm futbolçudur. Heyətimizdə qalmasını istəyirik. Mundialda oynadı, dünya çempionu oldu, bu üzdən çoxlu təklif aldı. Asan deyil, ona elə pullar təklif edirlər ki, futbol yaddan çıxara bilər. Hələ gəncdir, onunla təhlükəli oyun oynayırlar”.

Şmidt futbolçunun sərbəst qalması üçün müqavilədə ödəniləcək parayla bağlı bəndin olduğunun fərqindədir: “Amma bunun da bir yolu var, öncə klubla danışmalıdırlar. Bəzi klublar isə futbolçunun özüylə danışığa cəhd edir, onun fikrini yayındırırlar. Bu hörmətsizliyə sakit yanaşmayacağıq”.

Shares: