Münhenqladbax “Borussiya”sı yeni qapıçı transfer etməyə çalışır. Bundesliqa təmsilçisi axtardığını Fransada tapıb.

Futbolinfo.az xəbər verir ki, komandanın əsas qapıçısı Yan Zommer ayrılmaq qərarı alıb. İsveçrə millisinin üzvü ya bu ay, ya da yayda klubu tərk edəcək. Bu üzdən “Borussiya” onu əvəzləmək üçün namizədləri nəzərdən keçirir.

Hazırda Münhenqladbax təmsilçisinin transferində maraqlı olduğu əsas qapıçı Yonas Omlindir. Almanlar bu qapıçı üçün “Monpelye”yə 7 milyon avro təklif edəcək.

28 yaşlı isveçrəli Fransaya 2020-ci ildə “Bazel”dən gəlib. “Monpelye” ilə ilyarımlıq müqaviləsi qalan qapıçı bu keçidin əleyhinə deyil. Lakin öncə klublar razılaşmalıdır.

Shares: