Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə ölkə çempionatlarının yüksək liqalarında meydana çıxan ən yaşlı futbolçuların siyahısını açıqlayıb.

Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 10 oyunçunun yer aldığı reytinq siyahısına bolqarıstanlı qapıçı Georgi Petkov başçılıq edib.

O, ötən il ölkəsinin “Slaviya” klubunun heyətində meydana çıxmaqla 45 yaş 343 günlüyündə çərçivəni qoruyub. 2022-ci il fevralın 20-nə təsadüf edən Sofiya ÇSKA-sı ilə görüşdə rəqibi ilə toqquşaraq qısa müddət huşunu itirən Petkov məhz bu səbəbdən bir daha iştirak etməyib.

  1. Georgi Petkov (Bolqarıstan, “Slaviya”, Sofiya) – 45 yaş 343 gün
  2. Ussa (Misir, “Əl-İttihad”) – 45 yaş 198 gün
  3. Daniel Vaka (Boliviya, “Royal Pari”) – 43 yaş 324 gün
  4. Abbas Ahmed Atvi (Livan, “Əl-Əhli”) – 42 yaş 247 gün
  5. İldefons Lima (Andorra, “Eskaldes”) – 42 yaş 229 gün
  6. Conatan Juber (Lüksemburq, “Düdelanj”) – 42 yaş 224 gün
  7. Ceyms Çamanqa (Zambiya, “Arrou”) – 42 yaş 220 gün
  8. Riys Qriffits (Uels, “Penibont”) – 42 yaş 200 gün
  9. İlion Lika (Albaniya, “Tirana”) – 42 yaş 148 gün
  10. Artur Boruç (Polşa, “Legiya”) – 41 yaş 358 gün
Shares: