Kiyev “Dinamo”sunun futbolçusu Abdul Mohammed Kadirinin “Səbail”ə keçidi baş tutmayıb. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, buna səbəb klubdakı baş məşqçi dəyişikliyidir.
Bayıl təmsilçisinin “sükanı arxasına” keçən Şahin Diniyev bundan öncə danışıq aparılan futbolçularla təmasların dayandırılmasını istəyib. Kadirinin menecerinə də bu barədə məlumat verilib. Ona bildirilib ki, yeni baş məşqçi öz istəyinə uyğun futbolçuları heyətə cəlb edəcək.
Qeyd edək ki, ötən gün saytımızda Şahin Diniyevin öncəki çalışdırıcı Mahmud Qurbanovun zamanında danışıq aparılan futbolçuların yer aldığı siyahının ləğv edilməsini istədiyi barədə xəbər vermişdik.