“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri hazırkı heyətdən razıdır. O, yeni transferlərə ehtiyac olmadığını düşünür.

Futbolinfo.az xəbər verir ki, ardıcıl qələbələri sıralayan turinlilərin çalışdırıcısı heyətə əl gəzdirməyin komandadaxili ab-havanı pozacağından narahatdır: “Transferlərə ehtiyac yoxdu. Klub əla komanda qurub. Hazırda yeganə problem bir neçə oyunçunun zədəsi ilə bağlıdır. Gənc istedadlarımız onların yerini doldurmağa çalışır və bunu bacarırlar. Məhz onlara görə məmnun olmalıyıq”.

Alleqri heyətin genişliyindən də razıdır: “Hər şey yolunda gedir. Klub rəhbərliyinə inanıram, onlar yeni oyunçularla bağlı məni mütəmadi məlumatlandırır. Transferlər komandanı gücləndirəcəyi halda edilməlidir. Bu gün əlavə güclənməyə ehtiyac yoxdursa, hansısa dəyişikliyə getməməliyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp