“Real” “Valyadolid”in sağ cinah müdafiəçisi ilə maraqlanır. “Kral klubu” İvan Fresnadanın istedadının madridlilərin heyətində daha da parlayacağına ümid edir.

Futbolinfo.az xəbər verir ki, “Real”ın skautları futbolçunu rəqib kimi onlara qarşı oynatdığı matçda bəyənib. Müdafiəçinin hazırkı klubu ilə 2,5 illik müqaviləsi qalsa da, madridlilər 30 milyon avroluq sərbəstqalma hüququndan istifadə edərək İvanı ala bilər.

Lakin madridlilər Fresnadanı təcili transfer etməyə tələsmir. Oyunçu yaya kimi diqqət mərkəzində saxlanılacaq, uğurlu çıxışa davam edəcəui təqdirdə ona görə “Valyadolid”ə rəsmi təklif göndəriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp