“Qarabağ” qış fasiləsində ilk transferini etməyə çox yaxındır. Ağdamlılar hazırda düşərgəyə gəlmiş legionerlə danışıqları yekunlaşdırmaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, klub yeni oyunçunun kimliyini gizlətməyə çalışır. Bu səbəbdən komandanın gələcək üzvü haqda ətraflı məlumat əldə etmək çətindir. Yalnız oyunçunun Fransadan olduğu, hücum xəttinin gücləndirilməsi üçün gətirildiyini dəqiqləşdirə bildik.

Bu, Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ”ın yeganə transferi olmayacaq. Ağdamlılar həm Kadi Borgesə əvəzləyici, həm də mərkəz hücumçusu axtarır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp