Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni transferi Kristiano Ronaldonu sifariş etmək üçün kamerunlu futbolçu Vensan Abubakarla yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

30 yaşlı hücumçunun Avropa klublarından birinə icarəyə veriləcəyi diqqətə çatdırılıb. Onun Türkiyə və İngiltərə klublarından təklif aldığı bildirilir.

Xatırladaq ki, “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayan Kriştianu Ronaldonun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olacağı bildirilib. 2021-ci ilin iyulundan bu klubda çıxış edən Abubakar isə, sözügedən komandanın heyətində meydana çıxdığı 39 oyunda 13 qol vurub, 6 məhsuldar ötürmə edib. O, daha öncə “Portu”, “Valensyen”, “Loryan” və “Beşiktaş”da da forma geyinib. Təcrübəli forvard Kamerun millisində də 95 oyuna 35 qol vurub.

Shares: