Azərbaycanda fəaliyyət göstərən böyük şahmat məktəblərindən biri də Yevlax şəhərindədir. Təməli 1984-ci ildə ildə qoyulan idman ocağına gələn uşaq, yeniyetmə və gənc zəka sahibləri burada şahmatın sirrlərinə yiyələnirlər.

Burada keçirilən məşğələlərdə 5 yaşdan 16 yaşadək şagirdlər iştirak edir. Şahmat məktəbinin şagirdləri ölkədaxili yarışlarda bir sıra uğurlarada imza atıblar.

Belə şahmatçılardan biri də 16 yaşlı Elçin Ağayevdi. O, ötən il keçirilən zona birinciliyində və şahmat Olimpiadasında ikinci yerə sahib çıxıb.Elçinin ən böyük arzularından biri gələcəkdə qrossmeyster adını qazanıb ölkəmizi nüfuzlu yarışlarda təmsil etməkdir.

Şahmat məktəbinin məşqçi-müəllimləri də Elçinin gələcəkdə Azərbaycanın tanınmış şahmatçılardan biri olacağına inanır. Onlar düşünürlər ki, Ağayev ölkədaxili yarışlarda yüksək naliyyət göstərsə, milli komandayada dəvət alacaq.

Nəticələr, gələcəyə ümid verən göstəricilər yetərincədir.Görünür, bölgələrdə şahmatın inkişafına hesablanan proqramlara daha ciddi yanaşmaq, islahatlar aparmaq və yeni zəka sahiblərinin ortaya çıxmasında çalışmaq lazımdır.

BƏHRUZ MUSAYEV, Yevlax

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 2 1 - Futbolinfo.az
Shares: