“Turan Tovuz” legionerlərinin biriylə yollarını ayırıb. Yayda heyətə qatılan iki gürcüdən biri mövsümün ikinci yarısında Qərb təmsilçisinin düşərgəsində olmayacaq.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov heyətə düşməkdə çətinlik çəkən İmeda Aşortiyanı yola salmağı lazım bilib. Yarımmüdafiəçi ilə yollar qarşılıqlı razılıqla ayrılıb.
Aşortiya Qoriyə qayıdıb “Dila”nın şərəfini qoruyacaq. “Turan Tovuz” isə bu futbolçuya verilən maaşı digər yeni oyunçunun transferinə xərcləyəcək. Büdcəsi məhdud olan qərblilər yeni legioner gətirmək üçün mütləq kimlərinsə getməsinə məhkumdur.
“Turan Tovuz” mövsümün ikinci mərhələsinə hazırlıq üçün dünən gecə Türkiyəyə yollanıb.