Niderlandın “Ayaks” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Amsterdam təmsilçisi Argentina millisinin və İspaniyanın “Valensiya” klubunun qapıçısı Xeronimo Rulyinu heyətinə qatıb.

30 yaşlı qolkiperlə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. “Ayaks” bu transferə görə “Vilyarreal”a 8 milyon avro ödəyib. Bonuslarla bu məbləğin 10 milyona çatması mümkündür.

Rulyi 2020-ci iln sentyabr ayındann “Vilyarreal”da forma geyinirdi. O, La Liqa təmsilçisində 80 matça çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp