Almaniyanın “Köln” klubu qapıçısı Yonas Urbiqi icarəyə verib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi 19 yaşlı qolkiperi “Yan Regensburq”a göndərib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gənc futbolçunun 2024-cü ilin 30 iyununa kimi icarədə oynayacağı diqqətə çatdırılıb.
Urbiq “Köln”ün öz yetirməsidir. Alman qapıçı aşağı yaş qrupları üzrə komandalarda forma geyinsə də, əsas komandada debüt şansı qazanmayıb.