“Mançester Yunayted” İngiltərə kubokunun 1/32 finalında “Everton”u 3:1 hesabıyla məğlub edib.
Futbolinfo.az xəbər verir ki, bu matçda fərqlənən Markus Reşford “qırmızı şeytanlar”ın keçmiş futbolçusu Ueyn Runinin tarixi rekordunu təkrarlayıb.
O, 2012-ci ilin aprelindən sonra ardıcıl 7 ev oyununda qol vuran ilk “Mançester Yunayted” futbolçusu olub. Öncədən Runi bu uğura imza atmışdı.
25 yaşlı Reşford bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.