Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşamla müqavilənin müddətini uzadılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 54 yaşlı mütəxəssislə növbəti sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Xatırladaq ki, Fransa millisi Deşamın rəhbərliyi altında Qətərdə keçirilmiş dünya çempionatında ikinci yeri tutub. O, 2012-ci ildən milli komandaya rəhbərlik edir.

Shares: