Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin ən yaxşı oyun qurucusunun adını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ilin ən yaxşı pleymeykeri elan edilib.
Messi beşinci dəfə bu adı qazanıb (2015, 2016, 2017, 2019, 2022). Cənubi amerikalı futbolçu 170 xal toplayaraq, “Real”ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçlə “Mançester Siti”nin və Belçika yığmasının üzvü Kevin de Bruyneni qabaqlayıb.
Messi Argentina millisinin heyətində DÇ-2022-nin qalibi olub. O, turnirin ən yaxşı futbolçusu adına sahib olub. Ulduz futbolçu DÇ-2022-də 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Lionel Messi (Argentina, PSJ) – 170
- Luka Modriç (Xorvatiya, “Real) – 115
- Kevin De Bruyne (Belçika, “Mançester Siti”) – 40
- Bruno Fernandes (Portuqaliya, “Mançester Yunayted”) – 25
- Antuan Qrizmann (Fransa, “Atletiko”) – 20
- Bernardo Silva (Portuqaliya, “Mançester Siti”) – 20
- Kristian Eriksen (Danimarka, “Mançester Yunayted”) – 10
- Duşan Tadiç (Serbiya, “Ayaks”) – 10
- Toni Kroos (Almaniya, “Real”) – 5
- Hakim Ziyeş (Mərakeş, “Çelsi”) – 5