“Barselona”nın yarımmüdafiəçisi Qavi əla göstəriciyə imza atıb. “Atletiko”yla səfər matçında yeganə qolun ötürməsini verən futbolçu yaşına görə seçilib.

Futbolinfo.az xəbər verir ki, Qavi 18 yaş 156 günlüyündə La Liqada 50-ci matçına çıxıb. Lakin o, bu göstəricidə yalnız ikinci ola bilib. Çünki 50 qol həddinə daha tez çatan futbolçu İker Munyaindir. “Atletik”in futbolçusu yubiley matçını 18 yaş 77 günlüyündə oynayıb.

Shares: