Nikolo Zaniolo Avropa klublarının hədəfindədir. “Roma”nın yarımmüdafiəçisinə 3 ölkə təmsilçisi elçi düşüb.

Futbolinfo.az xəbər verir ki, Almaniyadan Dortmund “Borussiyasının istədiyi futbolçuya İspaniya “Atletiko”su da maraq göstərir. Lakin İtaliya yığmasının üzvünün vətəndə qalmaq şansı da var. Çünki “Milan” onun transferi üçün israrla çalışır.

2018-ci ildə “İnter”dən paytaxta köçən 23 yaşlı futbolçunun paytaxt təmsilçisi ilə ilyarımlıq müqaviləsi var. Zaniolo “Roma”yla anlaşmanın müddətini yeniləmək istəmədiyindən, klub onu satmağa razıdır. Müştərilərdən hansı daha yaxşı transfer haqqı tələf etsə, klubu futbolçunu həmin komandaya göndərəcək.

Shares: