“Hazırlığımız çox yüksək səviyyədə keçir. Məşqlərimiz plan üzrə gedir” – bunu futbolinfo.az saytına açıqlamasında “Zirə”nin futbolçusu Qismət Alıyev deyib.

26 yaşlı yarımmüdafiəçi komandasının hazırlığından və ilk dövrədən danışıb: “Mövsümün ilk yarısı bizim üçün normal keçdi. Düzdür, hardasa qələbə qazana biləcəyimiz oyunlarda xallar itirdik, amma ümumi nəzərə salsaq, pis deyildi. İndi təlim-məşq toplanışındayıq və yaxşı fürsətdir ki, yol verdiyimiz səhvlər üzərində işləyib problemləri aradan qaldıraq. Daha da yaxşı olmalıyıq. İkinci yarıda hər matç bizim üçün finala bərabər olacaq”.

Alıyev ikinci dövrədə əsas hədəflərini açıqlayıb: “Qışdan sonra əsas hədəfimiz çox xal qazanıb bizdən öndə olan komandalara çatmaqdır. İlk “3-lük”də bitirəcəyik, ya yox – bunu demək çətindir. Bundan sonrakı bütün oyunlar çox vacib olacaq”.

Shares: