“Yuventus”un amerikalı oyunçusu Ueston MakKenni İngiltərəyə köçə bilər. Yarımmüdafiəçiyə iki Premyer Liqa klubu müştəri düşüb.

Futbolinfo.az xəbər verir ki, Turində istədiyi qədər oynamaq şansı qazanmayan ABŞ millisinin üzvü klub rəhbərliyindən satılmasını xahiş edib. “Bornmut” və “Aston Villa”nın ona müştəri düşməsi futbolçunun ürəyincə olub.

Sözügedən klubların qış transfer pəncərəsi bağlanana kimi rəsmi təklif göndərməsi gözlənilir. MakKenni özü isə Dortmund “Borussiya”sını arzulayır. Almaniya klubunda potensialını daha rahat açacağını düşünən yarımmüdafiəçi, yayda təklif göndərən Bundesliqa təmsilçisinin yenə eyni addımı atacağına ümid edir.

2020-ci ildə “Şalke”dən transfer edilən futbolçu bir dəfə bu kluba icarəyə göndərilib. Turinlilərlə 2,5 illik anlaşması qalan Ueston bu dəfə İtaliyanı birdəfəlik tərk etməyə çalışır.

Shares: