Günün ikinci vida qərarı Fransadan gəldi. Uelsli Qaret Beylin futbolçu karyerasını bitirdiyini elan etməsindən sonra Uqo Loris qərarını açıqladı.

Futbolinfo.az xəbər verir ki, Fransa millisinin qapıçısı da vida etməyə qərar verib. Amma 36 yaşlı qapıçı futbolu tərk etmir, o, yalnız yığmadakı çıxışını yekunlaşdırmağı lazım bilib. Bundan sonra yalnız “Tottenhem”ə xidmət edəcək əlcək sahibi yerini gənclərə vermək niyyətindədir.

Loris 2008-ci ildən milli komandanın şərəfini qoruyurdu. İlk matçını Uruqvaya qarşı keçirən qolkiper 145 dəfə yığmanın qapısını qorudu, dünya ççempionu olmağı bacardı.

Shares: