“Sauthempton” Argentina “Rasinq”inin yarımmüdafiəçisi Karlos Alkarasın transferini yekunlaşdırmaq üzrədir. 20 yaşlı oyunçu tezliklə Avropaya köçəcək.

Futbolinfo.az xəbər verir ki, ingilislər futbolçunu 14 milyon avro qarşılığında heyətinə qatacaq. Eyni zamanda futbolçunun gələcək satışından əldə olunan vəsatin 15 faizi Argentina klubunun hesabına köçürüləcək.

“Sauthempton” “Rasinq” yetirməsinin ilk xarici klubu olacaq. Argentina təmsilçisi ilə 2027-ci ilə kimi müqaviləsi olan oyunçu indiyədək yalnız yetişdiyi komandada oynamışdı. Onun İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti hələ açıqlanmır.

Shares: