Türkiyənin “Fatih Karagümrük” komandasının baş məşqçisi Andrea Pirlo Belçika millisini çalışdıra bilər.

Futbolinfo.az xəbər verir ki, Belçika Futbol Federasiyasının rəhbərliyi Roberto Martinesin istefasından sonra yeni baş məşqçi axtarışlarını davam etdirir.

Boş qalan vəzifəyə namizədlərdən biri Martinesin köməkçisi olmuş və mütəxəssis gedəndən sonra vəzifəsini tərk etməyən Tyerri Anridir. Müdafiəçi Tobi Alderveyreld və hücumçu Romelu Lukaku artıq fransızı millinin yeni baş məşqçisi kimi görmək istədiklərini bildiriblər. Amma digər variantlar da gözdən keçirilir. Onlardan biri də Pirlodur. Tərəflər arasında bununla bağlı müzakirələr də olub.

Xatırladaq ki, Pirlo ötən ildən “Fatih Karagümrük”ə rəhbərlik edir. İtaliyadan olan 43 yaşlı mütəxəssis daha öncə “Yuventus”a da rəhbərlik edib.

Shares: