“Qarabağ”ın futbolçusu Kvabena Ovusu Macarıstan klubu “Ferentsvaroş”a bu ay keçmək istəyir.

Futbolinfo.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, qanalı hücumçu bununla bağlı fikrini Ağdam klubunun rəhbərliyinə deyib.

26 yaşlı forvard “Ferentsvaroş”la mövsümün sonunda 2 illik müqavilə bağlamağa razılaşsa da, qış transfer dönəmində bu keçidin reallaşmasının tərəfdarıdır. Hazırda klublar arasında bu istiqamətdə danışıqlar aparıldığı bildirilib.

Kvabena Ovusunun “Qarabağ”la müqaviləsinin müddəti mövsümün sonuna qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp