Manuel Noyerin zədəsi daha ciddi imiş. Almaniya millisinin qapıçısının sağalması daha uzun sürəcək.

Futbolinfo.az xəbər verir ki, növbəti müayinədən sonra Noyerin ayağında daha bir sınıq izləri aşkarlanıb. Sümüklər bitişsə də, sağalma prosesi ləngiyəcək. Oynaq sümüyünün tam sağalması adı zədələrdən daha gec başa gəlir.

“Bild”in yazdığına görə “Bayern”in oyunçusu ilə bağlı vəziyyət qarışıqdır. Kimsə oyunçunun məşqlərə dəqiq nə vaxt başlaya biləcəyini proqnozlaşdırmağı bacarmır. Həkimlər yekun rəy üçün son analizlərin nəticəsinə gözləyir. Lakin ilkin qənaət budur ki, müalicə bir neçə ay sürə bilər.

Ümumiyyətlə, Manuelin əvvəlki səviyyəsinə qayıda biləcəyi şübhə doğurur. Bu səbəbdən Münhen klubu rəhbərliyi komandanın qapısını birdəfəlik etibar etmək üçün uzunmüddətli müqavilə bağlayacağı qapıçı axtarır.

Xatırladaq ki, Noyer Almaniya millisi Dünya Çempionatında iştirakını başa vurduqdan sonra istirahət zamanı zədələnib. Xizək sürən qapıçı ayağını sındırmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp