Pablo Sarabiya PSJ-ni tərk edə bilər. İspan yarımmüdafiəçi kifayət qədər oyun vaxtı almadığı üçün Parisdən ayrılmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, futbolçu vətənindən bir neçə təklif alıb. Həmçinin İngiltərə klubları Sarabiyanı heyətində görmək istəyir. Pablo da daha çox oynaya biləcəyi bir yerə getmək niyyətindədir.

Amma 30 yaşlı futbolçunun parislilərlə ilyarımlıq müqaviləsi var. 2019-cu ildə “Sevilya”dan transfer edilən, 2021/22 mövsümünü icarə qaydasında “Sportinq”də keçirən futbolçunu almaq istəyən 25 milyon avrosundan keçməlidir. PSJ 40 milyon avroya aldığı oyunçunu havayı buraxmayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp