“Neftçi” Yusuf Lavalı heyətdə saxlamaq istəyirmiş. Rəhbərlik futbolçu ilə yeni müqavilə bağlamaq, anlaşmanın müddətini uzatmaq üçün onunla danışıqlara başlayıbmış.

Futbolinfo.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi yeni müqavilədən imtina edib. O, mühiti dəyişmək niyyətindəymiş və Azərbaycandan getməyə çalışırmış. Bu üzdən bakılılar yayda azad agent kimi yolları ayırmağa məcbur olacaqları futbolçunu satmağı lazım biliblər.

Lavalın anlaşması iyunda bitəcəyindən, o, komandaya avrokuboklarda da kömək etməyəcəkdi. Belədə “Arouka”nın təklifi göydəndüşmə olub. “Neftçi” futbolçunu sataraq yeni transferlər üçün büdcəsinə əlavə etməyi lazım bilib.

Xatırladaq ki, “Neftçi” rəsmi açıqlama yayaraq Portuqaliyanın “Arouka” klubu ilə Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başladığını bəyan edib. Nigeriyalı bu gün Bakıya dönəcək. Futbolçu viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək.

Yusuf tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq və sonra bu barədə ictimayyətə ətraflı məlumat veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp