Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-dəki uğur barədə növbəti dəfə açıqlama verib. O, Qətərdə çempion olmaqlarının xoş təəssüratla xatırlayıb.

Futbolinfo.az xəbər verir ki, Skaloni çempionluğa daha öncədən inandıqlarını bildirib: “Hələ Amerika Kubokunu qazandıqda hamı ilə mübarizə apara biləcəyimizi göstərdik. Güclü olduğumuza şübhəmiz yox idi. Kimsənin bizi rahatlıqla yenməsinə icazə verməyəcəyimizi göstərmişdik. Əmin idik ki, daha böyük uğura nail ola bilərik. İnandıq və qazandıq”.

Skaloni məğlubiyyətə də hazır imiş: “Həlledici anda yenilə biləcəyimiz gerçəyinə da hazırlaşmışdıq. Bu çempionluğu çoxdan haqq edirdik. Bu dəfə alındı”.

Məşqçi Lionel Messinin daha bir Dünya Çempionatında oynaya biləcəyini, buna gücünün yetəcəyinə inandığını da bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp