Teo Ernandes “Milan”ı tərk etmək istəmir. O, hətta yeni müqavilə imzalamağın da əleyhinə deyil.

Futbolinfo.az xəbər verir ki, bu barədə fransalı futbolçunun meneceri Manuel Qarsiya danışıb: “Hər futbolçunun tam ürəyincə olan bir komanda var. Teo hazırda məhz oradadır, bütün varlığı ilə “Milan”a bağlıdır. O, Milanı doğma evi bilir. Klubda hər şey ürəyincədir – azarkeş sevgisi var, klubdakı hər kəslə münasibətləri əladır. O, çox xoşbəxtdir. Hətta klub müqaviləni yeniləyib anlaşmanın müddətini artırmaq istəsə, Ernandes həvəslə razılaşar. O sonuna kimi “Milan”da qalmaq istəyir”.

2019-cu ilin yayında “Real”ı “Milan”a dəyişən ispan əsilli cinah müdafiəçisinin müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Fransa millisinin 25 yaşlı üzvü İtaliyada qalmaq üçün bir sıra təkliflərdən imtina edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp