Pyer-Emerik Obameyanq “Barselona”ya qayıtmaq istəyir. “Çelsi”dəki durumundan məmnun olmayan qabonlu hücumçu yayda ayrıldığı komandaya dönmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, əvvəllər birgə işlədiyi baş məşqçi Tomas Tuhelin istəyi ilə Londona gələn hücumçu onun istefaya göndərilməsi ilə çətin vəziyyətə düşüb. Oynamaq şansı qazanmayan 33 yaşlı futbolçu ilyarım müqaviləsinin qaldığı “zadəganlar”la vidalaşmaq niyyətindədir.

“Barselona” 2022-ci ilin yanvarında “Arsenal”dan azad agent kimi götürdüyü qabonlunu yayda 14 milyon avroya satmışdı. İspaniyada özünü qısa müddətdə göstərən hücumçu məhz Tuhel amilinə görə “Çelsi”yə getmişdi. İndi isə o, “Barselona”nı baş məşqçisi Xavidən geri qayıtmasına kömək etmələrini xahiş edib.

Xavi mətbuata açıqlamasında heyətdən məmnun olduğunu, Obameyanqı transfer etməyə ehtiyaclarının olmadığını bildirib. Amma qabonlunun geri qaytarılması da mümkündür. Londonluların onun üçün istədiyi məbləğ uyğun olarsa və Frenk Kessye ilə Memfis Depay satılsa, Pyer-Emerikin İspaniyaya qayıtmaq variantı aktuallaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp