Zinəddin Zidan Kriştianu Ronaldoya tərif yağdırıb. O, vaxtilə rəhbərliyi altında oynayan portuqaliyalının əvəzedilməz olduğunu bildirib.

Futbolinfo.az xəbər verir ki, frnsalı mütəxəssis “Əl-Nəsr”ə keçən ulduz futbolçunun “Real”da həmişə yerinin görünəcəyini bildirib: “Madridlilər yüksək keyfiyyətlərə malik futbolçularla müqavilə imzalaya bilər. Amma onların heç biri Ronaldonun “Real”da etdiklərini təkrarlamağ bacarmayacaqlar. Kimi istəsəniz transfer edin, amma Ronaldonun yerini doldurmaq mümkünsüzdür”.

Zidan və Ronaldo 2016-18-ci illərdə birgə çalışıblar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp