“Yusif Laval mənim orda işlədiyim vaxtda “Neftçi”yə gəlmişdi. Həmin vaxt özünü yaxşı tərəfdən göstərirdi. Son 6 ayda isə heç də yaxşı çıxış etmədi” – bunu futbolinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda menecer kimi fəaliyyət göstərən Sultanov nigeriyalı vingerin özünün Portuqaliyanın “Arouka” klubuna keçmək istədiyini bildirib: “Bir futbolçu getmək istəyirsə, onu saxlamaq doğru deyil. Müqaviləsi də başa çatırdı. “Neftçi” düzgün qərar verdi. 6 ay sonra Laval onsuz da azad agent olacaqdı”.

Sultanov “ağ-qaralar”ın oyunçunu cüzi məbləğə satdığını açıqlayıb: “Məbləğ az olsa da, satmaq ən yaxşı variant idi”.

O, Yusufun “Arouka”ya keçidində heç bir rol oynamadığını deyib: “Heç bir rol oynamamışam. Bu keçidi birbaşa onun agenti həll edib”.

Shares: