Vayt Veqhorstun “Mançester Yunayted”ə keçidi dəqiqləşdi. Hiderland millisinin 30 yaşlı hücumçusunun taleyini 3 klub birlikdə həll etdi.
Futbolinfo.az xəbər verir ki, müqavilə ilə “Börnli”yə məxsus olan forvard icarə əsasında “Beşiktaş”da çıxış edirdi. İngiltərə klubları öz aralarında yeni icarə müqaviləsi barədə razılaşsalar da, yaya kimi Türkiyədə qalmalı olan hücumçu barədə istanbullular qərar verməli idi. Yekunda “Yunayted” “Beşiktaş”a 3 milyon avro ödəməklə futbolçunu sıralarına qatmağa razı sala bildi.
“Börnli” ilə 2,5 illik müqaviləsi qalan oyunçu yaya kimi Mançesterdə oynayacaq. Onun sonrakı taleyi yeni klubunda necə təsit bağışlamasından asılı olacaq.