Yayda “Atletiko”nun baş məşqçisi postundan ayrılacaq Dieqo Simeonenin xələfi olmağa namizədlər bir-bir müəyyənləşir. Hələlik onların arasında favorit Luis Enrikedir.
Futbolinfo.az xəbər verir ki, ötən ay İspaniya millisinin baş məşqçi postundan ayrılan ispan çalışdırıcı klub futboluna qayıtmaq arzusunu bildirib. Və artıq madridlilərdən ilk real təklif gəlib. Enrike yaya kimi gözləməli, argentinalının postunu tərk etməsini gözləməlidir.
2011-ci ilin dekabrından “Atletiko”nu çalışdıran 52 yaşlı Simeonenin müqaviləsi hələ 2024-cü ilin yayında başa çatacaq. Lakin o, klub rəhbərliyinə yayda yolları ayırmaq istədiyini bildirib, madridlilər də ilkin razılıq verib.
Enrikeyə gəlincə, Dieqonun həmyaşıdı daha öncə “Roma”, “Selta” və “Barselona”da işləyib. O, 2018-ci ildən İspaniya millisinə rəhbərlik edirdi.