Futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda mübarizə aparan “Mingəçevir” ikinci dövrə hazırlıqlarına start verib. Nur şəhərində hazırlıq keçən Şəhruz Mustafayevin yetirmələri hər gün iki dəfə olmaqla məşq edirlər.
Hazırlıq prosesinə 20-ə yaxın futbolçu cəlb edilib.Komanda əsasən texniki və taktiki çalışmalara üstünlük verir. Futbolçular toplu və topsuz çalışmaları, həm də müxtəlif fiziki təlimləri yerinə yetirirlər. Onlar günün birinci yarısında əsasən yüngül fiziki məşqlərə, sonra isə toplu çalışmalara üstünlük verirlər.
İkinci dövrə hazırlığı çərçivəsində “Mingəçevir” 8 futbolçu ilə yollarını ayırıb. Əvəzində 6 futbolçu ilə yeni müqavilə imzalanıb.
“Mingəçevir” ikinci dövrənin ilk matçını səfərdə “Neftçi-2” komandasına qarşı keçirəcək.
BƏHRUZ MUSAYEV, Mingəçevir