“Çelsi”nin baş məşqçisi Qrem Potter komandanı çətin durumdan çıxarmaq üçün yeni transferlərə ehtiyac duyur. Lakin o, qısa müddətdə düzgün seçimlər etməlidir.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis yanvarın bu baxımdan həlledici olduğunu düşünür: “Bizim yeni transferlər etmək üçün zamanımız var. Amma doğru oyunçular tapmağımız çətindi, dəqiq seçimlər üçün vaxt kifayət etməyə bilər. İlin ilk ayından ən yaxşı şəkildə faydalanmalıyıq. Asan olmayacaq, amma bacarmalıyıq”.

Xatırladaq ki, uğursuz nəticələrə görə istefası gündəmə gələn Potter qısa müddətdə komandanı böhrandan çıxarmağa çalışır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp