“Mançester Yunayted”in sabiq hücumçusu Endi Koul qalmaqallı açıqlama verib. O, özünü öyüb, yersiz müayisələrdən bezdiyini bildirib.

Futbolinfo.az xəbər verir ki, Koul “Liverpul”un hücumçusu Darvin Nunyeslə müqayisə olunmasından narazıdır: “Nunyeslə müqayisə olunduğumu eşitdikdə məyus oldum. Bu, mənə hörmətsizlikdir. İndi futbol oynamıram, amma oynayanda İngiltərə çempionu olmuşdum, 2 ölkə, 1 Liqa kuboku qazanmışdım. Müxtəlif fərdi mükafatlarım, cəmi biri penaltidən olmaqla 187 qolum var. Rəqəmlərə baxın və məni kiminlə müqayisə etdiyinizi görün”.

Koul birvaxtlar Duayt Yorkla birgə “Mançester Yunayted”in möhtəşəm hücum xəttini təşkil edirdilər. Onu qol epizodlarını qaçırdığına görə son vaxtlar Nunyeslə müqayisə edir, uruqvaylını ona bənzədirlər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp