Ukrayna millisi başsız qaldı. Yığmanın baş məşqçisi Aleksandr Petrakov istefa verdi.

Futbolinfo.az xəbər verir ki, Petrakovun vəzifədən gedəcəyi çoxdan bəlli idi. Sadəcə, dünən rəsmi qərar verildi və xələf axtarışına başlanıldı.

2021-ci ilin noyabrından Ukrayna millisini çalışdıran Petrakov həm ölkədəki hərbi-siyasi durum, həm də millinin uğursuz çıxışı səbəbundən bu addımı atıb. Daha öncə ölkəsinin aşağı yaş qruplarından olan millilərinə rəhbərlik edən mütəxəssis rəsmi baş məşqçi təyin olunanadək 3 ay müvəqqəti əvəzedici olmuşdu.

Bu postda Andrey Şevçenkonu əvəz etmiş Petrakov kimin xələf olacağı qarşıdakı günlərdə bilinəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp