Joao Feliksin İngiltərə Premyer Liqasındakı debütü uğursuz alındı. Dünən baş tutan “Fulhem”lə oyunda həm komandası “Çelsi” uduzdu, həm də oyunçu olk matçındaca meydandan qovuldu.

Futbolinfo.az xəbər verir ki, yanvarın 11-i London klubuna transfer olunan portuqaliyalı hücumçu, ertəsi 7-ci turdan təxirə salınmış görüşdə (1:2) start heyətdə meydana çıxdı. Ancaq o, 58-ci dəqiqədə rəqibə qarşı kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovuldu. “Atletiko”dan mövsümün sonuna kimi icarəyə götürülən Feliks Premyer Liqada debütündə qırmızı vərəqə alan ilk “Çelsi” futbolçusu oldu.

Ümumiyyətlə, İngiltərə çempionatında sonuncu dəfə debüt oyununda qırmızı vərəqə alan “Tottenhem”in üzvü Federiko Fasio olmuşdu – 2014-cü ildə.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp