Bu gün növbəti Klublararası Dünya Çempionatının püşkü atılacaq. 1-11 fevral aralığında keçiriləcək yarışda kimin kimlə üz-üzə gələcəyi günorta saatlarında bəlli olacaq.

Futbolinfo.az xəbər verir ki, saat 15:00-da atılacaq püşkdə iki komanda rəqiblərini gözləyəcək. Reytinq xallarına görə “Flamenqo” və “Real” turnirə birbaşa yarımfinal mərhələsindən başlayacaq. Onların rəqibləri isə püşk nəticəsində müəyyənləşən cütlüklərin qalibləri olacaq.

Mərakeşdə keçiriləcək yarışın İştirakçıları aşağıdakı komandalardır: “Real” (İspaniya), “Flamenqo” (Braziliya), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Əl-Əhli” (Misir), “Oklend Siti” (Yeni Zelandiya), “Sietl Saunders” (ABŞ) və “Vidad” (Mərakeş).

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp