La Liqa prezidenti Xavier Tebas İngiltə Premyer Liqasını tənqid edib. O, İspaniya çempionatının daha etibarlı olduğu haqda fikirlərini göstərdiyi misalla isbatlamağa çalışıb.

Futbolinfo.az xəbər verir ki, prezident ingilis klublarının asılı olduğunu düşünür: “İngiltərə Premier Liqasında davamlılıq yoxdur. Onların modeli maliyyə cəhətdən dayanıqlı bir model deyil, çünki klubların əksəri sahibkarlardan asılıdır. Həmin klublara sahibləri maliyyə yardımı edir, lakin bəziləri klublarına həddən artıq böyük məbləğdə investisiya qoyur, bu isə futbol bazarının sabitliyini pozur”.

Tebasın fikrincə, La Liqa hələ də dünyanın bir nömrəli milli çempionatıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp