“Bayern” yeni qapıçı axtarışını dayandırmır. İstirahət vaxtı xizək sürərkən ayağını sındıran Manuel Noyer münhenliləri çətin vəziyyətə salıb.

Futbolinfo.az xəbər verir ki, Noyerə təcili əvəzedici tapmağa çalışan Almaniya nəhəngi qapısını uzun illər tapşıracağı birini axtarır. Bu səbəbdən bir neçə variant müzakirə edilir. Yan Zommer və başqalarıyla təəmaslar davam etsə də, əsas hədəf başqasıdır.

“Bayern” hazırda bütün diqqətini Dioqo Kostaya yönəldib. Portuqaliya millisinin üzvünü elə bu ay transfer etmək istəyən almanlar yayı gözləmək niyyətində deyil.

“Portu” qapıçısını itirmək istəməsə də, 75 milyon avroluq sərbəstqalma maddəsi vəziyyəti dəyişə bilər. Münhen təmsilçisi bu məbləği ödəyərsə, 2027-ci ilə kimi müqaviləsi olan qapıçı “Portu”dan ayrılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp