Futbol üzrə Azərbaycan Premyer Liqasında olduğu kimi, Birinci Divizionda da komandalar qış fasiləsindən yararlanaraq təlim-məşq toplanışındadırlar. “Kəpəz”in əvəzediciləri də mövsümün ikinci yarısına hazırlıqlarını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, “sarı-göylər” məşqlərini Antalyaya gedən əsas komandadan fərqli olaraq, Gəncədə keçirlər. Yanvarın 5-dən məşqlərə başlayan komanda bir aya yaxın toplanışda olacaq.

Futbolçular gündə 1 dəfə məşq edirlər. Məşqçilər korpusu həm fiziki, həm də taktiki çalışmalarla futbolçuları mövsümün qalan hissəsinə hazırlamağa cəhd edir.

Əvəzedicilər toplanış çərçivəsində yoxlama oyunlarında da qüvvəsini sınayacaq. Artıq rəqiblər də məlumdur. Mövsümün ilk yarısından sonra uğurlu çıxışları ilə diqqət çəkən komandanın bir neçə oyunçusu əsas komandalara dəvət alıblar. Çalışdırıcılar futbolçu yetişdirməklə yanaşı, yaxşı nəticələr əldə etməyi də qarşılarına hədəf qoyublar.

09efd7bb ac2d 4456 a951 13fbf441e36c - Futbolinfo.az

Qış toplanşında komandanın düşərgəsinə aşağı yaş qruplarından bir neçə oyunçu da cəlb edilib. Futbolçular yaxşı toplanış keçərək qarşıdakı yoxlama oyunlarından sərfəli nəticələrlə ayrılıb çempionata motivasiyalı başlamaq istəyindədirlər.

“Kəpəz”in əvəzediciləri təlim-məşq toplanışını fevralın əvvəlində başa vuracaq. Hazırlığın ardından komanda ayın 7-də 16-cı tur çərçivəsində evdə “Zirə-2”ni qəbul edəcək.

BƏHRUZ MUSAYEV, Gəncə

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp