Portuqaliyanın “Arouka” klubu “Neftçi”nin futbolçusu Yusuf Lavalla tam razılıq əldə etməyib. Bunu futbolinfo.az-a açıqlamasında “Aoruka”nın mətbuat xidmətinin rəhbəri Andre Noquera deyib.

O bildirib ki, hazırda futbolçu ilə danışıqlar davam etdirilir: “Hər şey tam dəqiqləşməyib”.

“Laval üçün qarşı tərəfə nə qədər ödəmisiz” sualına klub rəsmisi belə cavab verib: “Açığı, bu barədə tam məlumatım yoxdur. Amma müəyyən məbləğ ödəniləcək. Maliyyə tərəfləri ilə maraqlanmadığım üçün deyə bilməyəcəm”.

Shares: