Mihail Mudrik “Arsenal”a bir qədər də yaxınlaşdı. Ukraynalı futbolçu tezliklə London klubuna transfer olunacaq.

Futbolinfo.az xəbər verir ki, “Şaxtyor” cinah hücumçusunu elə bu qış satmaq istəyir. Amma donetsklilər istedadlı futbolçu üçün daha sərfəli təklif gözləyirdi.

Bu üzdən “Arsenal”ın ilk təklifini rədd edən Ukrayna klubu istəyinə çatmaq üzrədir. Çünki “topçular” “Şaxtyor”un qapısını növbəti dəfə – bu dəfə daha böyük təkliflə döyüb. 70 milyon avroluq rəsmi təklifdən sonra donetsklilərrazılıq verməyə yaxındır. Futbolçunun israrla bu kluba keçmək istəməsi də məsələdə mühüm rol oynayır.

Tərəflər prinsipial olaraq anlaşıb. Yalnız bonuslarla bağlı bəzi detalların dəqiqləşdirilməsi qalıb.

Shares: