Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Kəpəz”in Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Macarıstanın “MTK Budapeşt” komandası ilə yoxlama oyununu izləyənlər arasında olub.

Futbolinfo.az xəbər verir ki, onunla yanaşı, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvləri, Misli Premyer Liqasından olan klubların rəsmiləri və məşqçiləri də görüşü izləyib.

Həmçinin, Gəncə klubunun İdarə Heyətinin sədri İlqar Nadiri və üzvü, millət vəkili Müşfiq Cəfərov da bu oyunu canlı izləyiblər. Matçdan sonra klub rəhbərliyi futbolçuları və məşqçilər korpusunu qələbə münasibəti ilə təbrik edərək, qarşıdakı oyunlarda komandaya uğurlar arzulayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp