Yusuf Lavalın “Arouka”ya keçidi yubanır. Lakin bu, “Neftçi”yə bağlı məsələ deyil.

Futbolinfo.az xəbər verir ki, nigeriyalı vingerin Bakıya qayıtmayacağı dəqiqdir. Onun satışı dəqiqləşib və Portuqaliya klubu “Neftçi”yə müəyyən məbləğ ödəyəcək.

Prosesin gecikməsi oyunçunun sənəd problemləri ilə bağlıdır. “Arouka”ya gedib tibbi baxışdan keçdikdən sonra müqaviləyə bağlayacaq Laval, viza məsələsini həll etməyib. Lakin tezliklə bu məsələ də həllini tapacaq.

Shares: